Səməd Seyidov Ukraynaya gedir
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərə gedəcək.
Milli Məclisdən 1news.az-a verilən məlumata görə, S.Seyidov Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.
1news.az
667