Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdədir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdədir – FOTO

09:22 - 03 / 05 / 2017
Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdədir – FOTO

Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir.

1news.az-ın Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, dünən Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinə başlayıb. 

Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Millət vəkilləri ilə yanaşı hökumət nümayəndələri - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İqtisadiyyat Nazirliyinin Departament rəhbəri Ruslan Rüstəmli də Parlament Əməkdaşlıq Komitəsinin iclasına qatılıblar.

İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri Dik Şubel və Lourens Meredits iştirak edirlər.

İki gün davam edəcək iclasın gündəliyində 12 məsələ var. İclasın birinci günündə M.Məmməd-Quliyev “Aİ-Azərbaycan arasında yeni hərtərəfli müvaqilə: məqsədlər və imkanlar” mövzusunda, R.Rüstəmli isə “Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış ediblər. Hər iki məruzə ətrafında geniş müzakirələr aparılıb, Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq üzrə müqavilə ilə bağlı danışıqlar prosesinə dair fikir mübadiləsi həyata keçirilib.

Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi Dik Şubel öz çıxışında Azərbaycan Prezidentinin cari ilin fevral ayında Brüsselə səfərini Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib və Azərbaycanın Aİ üçün vacib tərəfdaş olduğunu vurğulayaraq yeni müqavilə üzrə danışıqların tezliklə uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.

Avropa Komissiyasının rəsmisi Lourens Meredits Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkib, son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları müsbət qiymətləndirib. Tərəflər arasında işgüzar dairələrin qarşılıqlı təmaslarının intensivləşdirilməsinin vacibliyinə diqqət çəkən Meredits Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra müzakirə olunan  “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu iclas iştirakçılarının geniş marağına səbəb olub. Mövzu ətrafında millət vəkili Kamran Bayramovun məruzəsi dinlənilib və məruzə ətrafında müzakirələr aparılıb. Məruzədə müstəqillikdən keçən dövr ərzində Azərbaycanda dövlət quruculuğu, yerli özünüidarə orqanlarının yaradılması, vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, insan haqları, söz, mətbuat və fikir azadlığının təmin olunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar öz əksini tapıb.

Millət vəkillərimiz müzakirələrdə fəal iştirak edib və Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının birinci günü başa çatıb.

Bu gün Parlament Əməkdaşlıq Komitəsinin 14-cü iclası öz işini davam etdirəcək.

S.Xankişiyeva

Paylaş:
1024

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər