Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

10:07 - 04 / 05 / 2017
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda olan tədbir YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə keçirilir.

Bu gün Forum çərçivəsində Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci akademik forumu və YUNESKO-nun İpək Yolu "Onlayn" Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olacaq.

Sabah - mayın 5-də baş tutacaq forumun rəsmi açılışından sonra "zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək" mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyədə görüşü keçiriləcək.

İştirakçılar kiberməkanda ekstremizmə qarşı mübarizə mədəni mübarizə məsələlərini, elektron resurslar vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqini, sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentarilərin rolunu müzakirə edəcəklər.

Mayın 6-da isə Ümumdünya Forumunun nazirlər görüşü, “Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş baş tutacaq. Ardından sessiya çərçivəsində aşağıdakı mövzular haqqında müzakirələr aparılacaq: “Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili”, “Qütbləşmə əsrində inklüziv dialoq”, “Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya”, “Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu”, “Mədəniyyətlərarası dialoq və sülh üçün idman”, “Mədəniyyətlərarası dialoq vasitəsilə dinc münasibətlərin qurulması”, “İnklüziv cəmiyyətlərin və dinc yaşayışın qurulması: ASEAN-ın perspektivləri”, “Mədəniyyətlərarası dialoq şəbəkəsi kimi Avropa Şurasının mədəniyyət marşrutları” və s.

Forumun “Qida təhlükəsizliyi və cəmiyyətin sabitliyi məsələsində mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhə nail olmaqda əsas elementlər” mövzusunda ikinci plenar sessiyası da keçiriləcək.

Babək Cahandarov

Paylaş:
479

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər