Qala-Pirallahı avtomobil yolunun 1 km-lik hissəsi yenidən qurulub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qala-Pirallahı avtomobil yolunun 1 km-lik hissəsi yenidən qurulub – FOTO – VİDEO

13:25 - 05 / 05 / 2017
Qala-Pirallahı avtomobil yolunun 1 km-lik hissəsi yenidən qurulub – FOTO – VİDEO

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri tam olaraq yekunlaşıb.

1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışıından ibarət isə yol əsasının inşası işləri aparılıb.

Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə 19 min kv.m ərziyə 12 sm qalınlığında asfalt-beton örtüyü salınıb.

Layihəyə çərçivəsində sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yol boyu 1.5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə 3300 m2  metr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 paqon-metr yeni səki daşı düzülüb.

Məlumata görə, tikinti işlərinə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulub. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa edilib.

Yenidənqurma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə aparılır. Hazırda burda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Buna paralel olaraq dəmir-beton konsturksiyaların sahil boyunca bərkitmə işləri də aparılır.          

850 metr uzunluğunda olan yanaşma yolu 2 texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olan  yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 1.5 metr təşkil edir.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən və uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni isə 12 metr olan, Pirallahı adasını sahillə birləşdirən körpü ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq  tikilib.

Babək Cahandarov

Paylaş:
923

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər