Neftin qiyməti keçən ilin noyabr ayından bu yana ən aşağı həddə düşüb
Dünya birjalarında neftin qiyməti xeyli aşağı düşüb.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,01 faiz azalaraq 44,15 dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin noyabr ayından bu yana ilk dəfədir ki, WTI markalı neftin qiyməti 45 dollardan aşağı düşür.
Bundan başqa noyabr ayından bu yana Brent markalı neftin qiyməti də ilk dəfə olaraq 49 dollardan aşağı düşüb.
Babək Cahandarov
697