“Qarabağ”dan növbəti “qızıl dubl” və yeni rekord – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”dan növbəti “qızıl dubl” və yeni rekord – FOTO – VİDEO

18:20 - 05 / 05 / 2017
“Qarabağ”dan növbəti “qızıl dubl” və yeni rekord – FOTO – VİDEO

Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib. 

1news.az-ın məlumatına görə, Naxçıvanda keçirilən həlledici görüşdə “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Görüş Qurban Qurbanovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl 4 ildir ölkə çempionu olan “Qarabağ” bu qələbə sayəsində növbəti dəfə “qızıl dubl” edib. Ağdam təmsilçisi bununla da ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub.

Belə ki, ardıcıl 3-cü dəfə kubok qazanan “Qarabağ”, həm də üç mövsüm “qızıl dubl” edən ilk Azərbaycan komandası olub.

1news.az

Paylaş:
861

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər