Azərbaycan kuboku: “Qəbələ” “Qarabağ”a qarşı – PROMO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kuboku: “Qəbələ” “Qarabağ”a qarşı – PROMO

12:50 - 05 / 05 / 2017
Azərbaycan kuboku: “Qəbələ” “Qarabağ”a qarşı – PROMO

Bu gün Azərbaycanda kubokunun final oyunu keçiriləcək.

1news.az-ın məlumatına görə, həm də ölkəmizdə futbol mövsümünün son matçı olacaq həlledici görüşdə “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək.

Qızıl və gümüş medalları öz aralarında bölüşdürən komandalar ölkə kubokunu da qazanmağa çalışacaqlar.

Qeyd edək ki, Naxçıvanda baş tutacaq qarşılaşmaya maraq böyükdür.

Ardıcıl 4-cü dəfə çempionluğu bayram edən “Qarabağ” Naxçıvana “Qızıl dubl” ardınca yollanıb. Qurban Qurbanovun yetirmələri son iki ildə olduğu kimi, yenə kuboku başı üzərinə qaldırsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Əyalət təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm üç mövsüm “Qızıl dubl”ları sıralayan ilk Azərbaycan komandası olacaq.

“Qəbələ” də Naxçıvanda ilk gerçəkləşdirmək iddiasındadı. Roman Qriqorçukun yetirmələri kuboku başı üzərinə qaldırsa, tarixində ilk yüksək tituluna yiyələnəcək.

Azərbaycan kuboku

Final

5 may

16:00. “Qarabağ” – “Qəbələ”

Naxçıvan. Şəhər stadionu

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu, saat 16:00 (CBC Sport/ canlı)

Babək Cahandarov

 

Paylaş:
973

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər