Makronun komandasındakı türk kimdir? | 1news.az | Xəbərlər
Dünya

Makronun komandasındakı türk kimdir?

16:04 - 10 / 05 / 2017
Makronun komandasındakı türk kimdir?

Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun komandasında çalışanlar arasında türk mənşəli Yaqub Çelik də var.

1news.az “cnnturk”ə istinadla xəbər verir ki, Çelik Makronun komandasında həm millət vəkilliyinə namizəddir, həm də Avropa bürosu üzrə cavabdeh şəxsdir.

“Prezident seçkiləri üçün əlimizdən gələni etdik. Bütün təcrübə və enerjimizlə aktiv olaraq çalışdıq. Sonunda haqq etdiyimizi alaraq seçkiləri qazandıq", Çelik deyib.

O bildirib ki, Makron Türkiyənin nə qədər əhəmiyyətli bir tərəfdaş olduğunun fərqindədir:

“Seçkilərdən sonra Türkiyə və Fransa arasında əlaqələrin böyük ölçüdə inkişaf edəcəyini düşünürük. Bu istiqamətdə tarixi bir vəzifə alaraq əlimdən gələni artıqlaması ilə etməyə çalışacam. Makronun Türkiyəyə baxışı müsbətdir. Türkiyənin böyük və əhəmiyyətli bir regional güc olduğunun fərqindədir. Xüsusilə, Ankaranın  bölgəyə qaçqın axınına olan dəstəyini hər zaman təqdir edir.

Makron müsəlmanları və türkləri Fransanın əhəmiyyətli parçası olaraq görür. Türkiyənin Avropa İttifaqı və beynəlxalq əlaqələrdə yaşadığı problemləri həll etmək üçün lazımi addımlar atmağa hazırdır”.

Qeyd edək ki, Türkiyə mənşəli Yaqub Çelikin ailəsi 70-ci illərdə Gümüşhanədən Fransaya gedib. Bacısı və özündən başqa digər ailə üzvləri Türkiyəyə geri dönüb. Çelik iqtisadiyyat üzrə təhsil alıb, 2010-cu ildə bələdiyyə başçısının köməkçisi və  bələdiyyə məclis üzvlüyü vəzifələrində çalışıb. 2014-cü ildə üzvü olduğu Sosialist partiyasından istefa verib.

Pərvanə Sultanova

Paylaş:
684

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər