Cəlilabadda aşkarlanan at əti zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda aşkarlanan at əti zərərsizləşdirilib - FOTO

22:44 - 10 / 05 / 2017
Cəlilabadda aşkarlanan at əti zərərsizləşdirilib - FOTO

Aprelin 1-də Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Maşlıq kənd sakini Saqif Abbasova məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən təsərrüfat sahibinin bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu müəyyən edilib.

DBX-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, fermada aşkarlanan antisanitar şəraitdə kəsilən 4 baş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin kəsilmiş at əti olması və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, Saqif Abbasova məxsus köhnə quşçuluq fermasında aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş ümumi çəkisi 600 kq olan at ətlərinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq bakterioloji çirklənməyə məruz qalan at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

1news.az

Paylaş:
703

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər