İslamiada: Qadınlardan ibarət həndbol millimiz qalib gəlib | 1news.az | Xəbərlər
İdman

İslamiada: Qadınlardan ibarət həndbol millimiz qalib gəlib

23:09 - 10 / 05 / 2017
İslamiada: Qadınlardan ibarət həndbol millimiz qalib gəlib

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın həndbolçulardan ibarət yığmamız 2-ci turun oyununu keçirib.

1news.az-ın məlumatına görə, Özbəkistan millisi ilə qarılaşan komandamız 47:21 hesabı ilə qalib gəlib.

Turun digər oyununda Türkiyə Kamerundan üstün olub - 33:31.

Qeyd edək ki, ilk turda yığmamız Kameruna 28:26 hesabı ilə qalib gəlib.

İlk 2 turdan sonra Azərbaycan və Türkiyə 4 xalla 1-2-ci yerləri bölüşdürür. Özbəkistan və Kamerunun isə xalı yoxdur.

1news.az

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər