“Real” uduzaraq finala vəsiqə qazandı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real” uduzaraq finala vəsiqə qazandı – FOTO – VİDEO

09:56 - 11 / 05 / 2017
“Real” uduzaraq finala vəsiqə qazandı – FOTO – VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində ikinci cavab oyunu keçirilib.

1news.az-ın məlumatına görə, “Visente Kalderon” stadionunda baş tutan həlledici matçda Madridin iki komandası - “Atletiko” ilə “Real” üz-üzə gəliblər.

Evdə keçirdiyi ilk görüşdə rəqibinin qapısından 3 cavabsız top keçirən “Real”ın cavab görüşündə bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmürdü.

Lakin görüş Zidanın komandası üçün kifayət qədər gərgin keçib. Belə ki, “kral klubu” cavab oyununun ilk 15 dəqiqəsində 0:2 hesabı ilə geri düşüb.

Əvvəlcə 12-ci dəqiqədə Saul künc zərbəsindən ötürülən topu başla qapıdan keçirib. 3 dəqiqə sonra isə Qrizmann penaltini dəqiq yerinə yetirib. “Atletiko” daha bir qol vurmaq üçün irəli atılsa da, öz qapısında qol görüb.

Belə ki, ilk hissənin tamamına 2 dəqiqə qalmış Kərim Benzemanın şəxsi səyi nəticəsində yaratdığı vəziyyəti qola çevirən İsko komandasını rahatladan qola imza atıb.

Komandaların bütün cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara qol vurulmayıb və nəticədə 1:2 hesabı ilə məğlub olan “Real” klubu iki oyunun nəticəsinə görə adını finala yazdıraraq həlledici görüşdə “Yuventus”a rəqib olub.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

10 may

“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 2:1

Qollar: Nigez, 12, Qrizman, 15 (pen.) - İsko, 42

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid. “Visente Kalderon” stadionu

İlk oyun – 0:3

Babək Cahandarov

Paylaş:
1123

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər