Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində | 1news.az | Xəbərlər
Cəmiyyət

Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

17:28 - 12 / 05 / 2017
Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Mayın 12-də Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru Hans Yurgen Maurer Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

1news.az-a Tərcümə Mərkəzindən verilən xəbərə görə, görüşdə müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.

Daha sonra iki ölkə ədəbiyyatı arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlər müzakirə olunub.

S.Xankişiyeva

Paylaş:
713

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər