Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

19:25 - 12 / 05 / 2017
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.

1news.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən “Yuventus”un müdafiəçisi Dani Alveş ən yaxşı oyunçu seçilib.

Braziliyalı futbolçu 55 faiz səs toplayıb. “Real”ın yarımmüdafiəçisi İsko isə 45 faiz səslə ikinci olub.

Qeyd edək ki, D.Alveş ÇL-in yarımfinal mərhələsinin “Monako”ya qarşı cavab oyununda (2:1) 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

1news.az

Paylaş:
841

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər