Ələtdə döyüş sursatı aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələtdə döyüş sursatı aşkarlanıb

19:48 - 12 / 05 / 2017
Ələtdə döyüş sursatı aşkarlanıb

Ələtdə döyüş sursatı aşkarlanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
1031

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər