Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

20:59 - 12 / 05 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, mayın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 512 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 353 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 44 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 184 m3/s təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma,  Salyanda 11, Bankədə  15 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm (2016-cı il mayın 12-də 434 sm), Şirvanda 239 sm, Salyanda 156 sm (2016-cı il mayın 12-də 277 sm), Bankədə 195 sm (2016-cı il mayın 12-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il mayın 12-də 160 sm) təşkil edir.

1news.az

Paylaş:
723

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər