Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu | 1news.az | Xəbərlər
Futbol

Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

23:15 - 12 / 05 / 2017
Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.

1news.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən “Mançester Yunayted”in futbolçusu Maruan Fellaini ən yaxşı oyunçu seçilib.

Belçikalı yarımmüdafiəçi ümumi səslərin 60 faizini toplayıb. “Lion”un futbolçusu Aleksandr Lakazetti isə 40 faiz səslə ikinci olub.

Qeyd edək ki, M. Fellaini Avropa Liqasının son yarımfinal oyununda “Selta” ilə matçda(1:1) komandasının yeganə qolunu vurub.

1news.az

Paylaş:
980

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər