Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.
1news.az APA-ya istinadən xəbər verir ki, sonra Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib, Bakı Olimpiya stadionunun damında atəşfəşanlıq başlayıb.
“Bakı-2017” yazısını formalaşdıraraq gecə səmasına işıq saçıb. Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım mis su qabını əlində qapıdan səhnəyə daxil olub. 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb İslam aləmi bununla rəmzi olaraq birləşib.
22:34
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində komandaların paradı başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, hər komanda stadiona öz bayrağı altında daxil olub.
Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.
22:25
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin keçirildiyi Bakı Olimpiya stadionuna Azərbaycan bayrağı gətirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətiriləcək və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən qaldırılıb, dövlət himni səsləndirilib.
Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstərilib. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olub və Azərbaycan sularını səhnədəki böyük mis siniyə töküblər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşüb.
22:01
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda 2 saat davam edəcək mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm ediləcək, idmançıların paradı və atəşfəşanlıq olacaq.
Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletika və paracüdo yarışlarıdır. İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.
Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.
Təkbətək idman növlərindən isə idmançılar atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yarışları keçiriləcək. Əvəzində badminton, atçılıq, qılıncoynatma bu dəfə yarışların siyahısından kənarda qalıb.
Ən çox medal dəsti atletlərin və üzgüçülərin mübarizəsində oynanılacaq. Burada hər 2 növ üzrə 42 çempion müəyyənləşəcək. Güləşçilər 24, atıcılarla uşu ustaları hərəyə 20 dəst medal uğrunda yarışacaqlar.
Komanda idman növlərindən yalnız ikisində - su polosu və futbolda bir medal dəsti nəzərdə tutulub. Bu da onlarda yalnız kişi idmançıların qüvvələrini sınamaları ilə bağlıdır.
1news.az