“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” Argentinada nümayiş olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” Argentinada nümayiş olunub

19:50 - 13 / 05 / 2017
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” Argentinada nümayiş olunub

Buenos-Ayres şəhərində Argentina Kino və Audiovizual Sənət Milli İnstitutunun nəzdində fəaliyyət göstərən “Gaumont” kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi  keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nümayişdə Argentinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, müxtəlif dövlət qurumlarının rəsmiləri, ali məktəblərin müəllim-tələbə heyəti üzvləri, mətbuat nümayəndələri, habelə ictimaiyyətin digər təmsilçiləri iştirak edib.

Əvvəlcə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov II Dünya müharibəsində SSRİ tərəfindən qazanılmış qələbədə Azərbaycan xalqının əhəmiyyətli töhfəsindən bəhs edib.

Qonaqlara məlumat verilib ki, müharibə illərində 700 min azərbaycanlı cəbhəyə yola salınıb, onlardan 300 mini döyüşlərdə həlak olub. Eyni zamanda Azərbaycan zavodlarında istehsal olunan hərbi texnika sovet ordusuna əvəzsiz xidmət edib.

Daha sonra səfir bildirib ki, II Dünya müharibəsi zamanı Azərbaycan neftçiləri sovet ordusunun yanacaqla təmin edilməsində misilsiz xidmətlər göstərib və Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Belə ki, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb.

Səfir Rəşad Aslanov nümayişin təşkilində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkür edib. R.Aslanov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin çəkilməsində əsas məqsəd İkinci Dünya müharibəsində Azərbaycan xalqının rolu, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə tamaşaçıları məlumatlandırmaqdan ibarətdir.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

1news.az

 

Paylaş:
720

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər