Bahar Muradova: ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir

14:30 - 16 / 05 / 2017
Bahar Muradova: ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir

Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bunu onların politoloqları, siyasətçiləri də açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin plenar iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir. Bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir, vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Düşünürəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir. Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin. Başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Babək Cahandarov

Paylaş:
524

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər