Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib

19:23 - 16 / 05 / 2017
Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

1news.az

Paylaş:
997

Son xəbərlər

Bütün xəbərlər