İran mətbuatı Azərbaycan Ordusunun uğurundan yazır | 1news.az | Xəbərlər
Siyasət

İran mətbuatı Azərbaycan Ordusunun uğurundan yazır

13:58 - 17 / 05 / 2017
İran mətbuatı Azərbaycan Ordusunun uğurundan yazır

İranın “Tasnim news” xəbər agentliyi Azərbaycan Ordusunun Ermənistanın hava hücumundan müdafiə kompleksini vurması barədə məlumat yayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Azərbaycan ordusu cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistanın “OSA” tipli hava hücumundan müdafiə sistemini və onun şəxsi heyətini məhv edib.

Azərbaycanla Ermənistanın müqayisə edildiyi məlumatda Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütövlükdə dövlət büdcəsindən çox olduğu diqqətə çatdırılır.

S.Xankişiyeva

Paylaş:
792

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər