Azərbaycanla Yaponiya arasında hərbi əlaqələrin yaradılması məsələləri müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Yaponiya arasında hərbi əlaqələrin yaradılması məsələləri müzakirə edilib

16:30 - 17 / 05 / 2017
Azərbaycanla Yaponiya arasında hərbi əlaqələrin yaradılması məsələləri müzakirə edilib

Mayın 17-də  müdafiə naziri Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

1news.az-ın məlumatına görə, Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Babək Cahandarov

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər