Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

17:19 - 17 / 05 / 2017
Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

“Ötən il Azərbaycanda rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Keçid balı - 36 baldan çox toplayanların nəticəsi bir il qüvvədə saxlanılır və onlar bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Keçid balını toplayanların sayı ilə bağlı is' dəqiq məlumat yoxdur”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E. Bağırov qeyd edib ki, bu il bəzi təhsil müəssisələrinə müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ verilib, bu müəssisələrin siyahısı artıq təsdiqlənib: "10 belə müəssisə müəyyənləşib. Onların hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Müəllimin, namizədin təyinatı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır".

Onun sözlərinə görə, seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malikdir: “Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və siyahı müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsinə baxıla bilər.

Bu məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Həmin müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Bununla belə, namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.

Nazirlik rəsmisi əlavə edib ki, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilib, müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı Təhsil Nazirliyi tərəfindən verilib: “Bu il isə bir qədər fərqli olacaq və peşə təhsili müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək”.

Babək Cahandarov

Paylaş:
680

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər