Meksika 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Meksika 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edir

09:20 - 17 / 05 / 2017
Meksika 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edir

Meksika ilk dəfə olaraq Bakıda 17-19 may tarixlərində keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edəcək.

1news.az-a Meksika səfirliyindən verilən məlumata görə, sərgidə Meksikanın kənd təsərrüfatı və qida sənayesi haqqında ətraflı məlumat  təqdim etmək məqsədilə Promexiko-nun İstanbul şəhərindəki iqtisadi işlər üzrə müşavir Xorxe Alberto Kruz Abaskal Bakıya gəlib.

Səfərin məqsədi həm də dövlət qurumları və yerli iş adamları ilə ikitərəfli ticarət əlaqələrinin perspektivlərini nəzərdən keçirmək üçün müxtəlif görüşlər həyata keçirməkdir.

Son iki onillik ərzində Meksika kənd təsərrüfatı sektoru dünyada özünəməxsus yeri əldə edib. Qısa müddət ərzində qida məhsullarının ixracı yeddi qat artıb. Kənd təsərrüfatı ixtisaslaşması yerli və beynəlxalq bazarlarda yüksək gəlirliyin yaranmasına səbəb olub və Meksikanı səməni pivəsi, pomidor, avokado, moruğ, böyürtkən, balqabaq, quava və mango kimi məhsulların dünya üzrə qabaqcıl ixracatçısına çevirib.

Bundan əlavə, Meksika, digər məhsullarla yanaşı, qulançar, xiyar, limon, soğan, qarpız, Brussel kələmi, papaya və kakao tozunun ikinci iri təchizatçısıdır.

Şübhəsiz ki, bu gün Meksika qida məhsulların istehsalı və bölgüsü üzrə dünya liderləri arasında öz yerini tutmağa qadir olkədir.

Pərvanə Sultanova

 

 

 

Paylaş:
608

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər