Bu gün İranda sükut günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün İranda sükut günüdür

16:45 - 18 / 05 / 2017
Bu gün İranda sükut günüdür

Mayın 19-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar İranda aparılan təbliğat-təşviqat kampaniyası bu gün başa çatıb. Bu gün İranda sükut günüdür. Sabah isə xalq öz seçimini edərək növbəti 4 il üçün İranın prezidentini seçəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, kifayət qədər demokratik, sabit və bir qədər də gərgin keçən təbliğat-təşviqat kampaniyası zamanı prezidentliyə iddialı olanların bəziləri öz namizədliklərini geri götürdülər. Nəticədə siyasi mübarizəni 3 nəfər namizəd davam etdirməli oldu. Bunlar indiki prezident və namizəd Həsən Ruhani, İbrahim Rəisi və Mustafa Mirsəlimdir.

Yerli mətbuat əsas mübarizənin H.Ruhani ilə İ.Rəisi arasında olacağını bildirir.

Sabah saat 8:00-dan başlayaraq İran xalqı 64 min seçki məntəqəsində ölkənin yeni prezidentini seçəcək.

S.Xankişiyeva

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər