Rusiya Ermənistana yeni silahlar satmağı planlaşdırır | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ermənistana yeni silahlar satmağı planlaşdırır

15:54 - 22 / 05 / 2017
Rusiya Ermənistana yeni silahlar satmağı planlaşdırır

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzv ölkələrə yeni silahlar satmağı planlaşdırır.

1news.az Sputnik-ə istinadla xəbər verir ki, bunu hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin direktoru Dmitri Şuqayev deyib.

O bildirib ki, yeni silah sistemlərinə helikopterlər,  müdafiə sistemləri daxildir.

"2017-ci ildə Rusiya mövcud sazişə uyğun olaraq Belarus, Ermənistan və Qazaxıstana müdafiə sənayesi məhsulları tədarükünü davam etdirəcək. Bu, ilk növbədə aviasiya texnikası, xüsusilə helikopterlər, hava hücumundan müdafiə sistemləridir”, - Şuqayev bildirib.

Pərvanə Sultanova

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər