Mançesterdə terrorda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Mançesterdə terrorda şübhəli bilinən şəxs saxlanılıb

15:46 - 23 / 05 / 2017
Mançesterdə terrorda şübhəli bilinən şəxs saxlanılıb

"Mançester Arena" stadionunda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarının Twitter səhifəsində qeyd olunub.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

Mövzu ilə əlaqədar oxuyun:

İŞİD Mançesterdəki partlayışa görə məsuliyyəti üzərinə götürdü

Mançesterdə konsertdə partlayış: Çox sayda ölən və yaralanan var – FOTO – VİDEO

Mey Mançesterdəki partlayışları “dəhşətli terror” adlandırıb

S.Xankişiyeva

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər