Ruhani: Tehranda İran, Azərbaycan və Rusiyanın iştirakı ilə forum keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Ruhani: Tehranda İran, Azərbaycan və Rusiyanın iştirakı ilə forum keçiriləcək

10:11 - 23 / 05 / 2017
Ruhani: Tehranda İran, Azərbaycan və Rusiyanın iştirakı ilə forum keçiriləcək

Yaxın vaxtlarda Tehranda İran, Azərbaycan və Rusiyanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə,bu barədə İran Prezidenti Həsən Ruhani bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

İran Prezidenti bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına həsr olunacaq. İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır. Dəmir yolunun çəkilişi bütün region ölkələri üçün faydalı olacaq.

S.Xankişiyeva

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər