ABŞ-da keçirilən konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-da keçirilən konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb

11:29 - 25 / 05 / 2017
ABŞ-da keçirilən konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb

ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Heritic Fondunda “Cənubi Qafqaz: Tramp Administrasiyası üçün çətinliklər və fürsətlər” mövzusunda konfrans keçirilib. Konfransda Enerji və Təbii Resurslar Mərkəzinin direktoru Ariel Kohen, Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev və Heritic Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Luk Koffi çıxış ediblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İngiltərənin keçmiş Baş naziri Marqaret Tetçerin köməkçisi olmuş Nayl Qardinerin moderatorluğu ilə keçirilən tədbirdə çıxışçılar Tramp administrasiyasına Cənubi Qafqaz regionu ilə bağlı təkliflər irəli sürüblər. Qeyd edək ki, Heritic Fondu respublikaçı mühafizəkar beyin mərkəzidir və Tramp administrasiyası bu qurumda səsləndirilən fikirlərə xüsusi əhəmiyyət verir.

Ariel Kohen Cənubi Qafqaz regionunun ABŞ üçün hər zaman strateji əhəmiyyət daşıdığını və Tramp administrasiyasının bölgədəki rolunun artırılmalı olduğunu bildirib. Cənubi Qafqazda başqa dövlətlərin aktivliyini nəzərə çatdıran A.Kohen ABŞ-ın region ölkələri ilə əməkdaşlığa xüsusi diqqət ayırmasının zəruriliyini qeyd edib.

Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev isə məruzəsində Azərbaycanın və Gürcüstanın ABŞ-ın strateji müttəfiqləri olduğunu, bu ölkələrin strateji nəqliyyat koridorları, enerji layihələrində Amerika ilə ortaq maraqları olduğunu vurğulayıb. ABŞ və bölgə ölkələri arasında ticarət həcminin lazımi səviyyədə olmadığını bildirən Ə.Niftiyev bununla bağlı son zamanlarda geniş imkanlar yarandığını və ABŞ üçün investisiya fürsətləri olduğunu vurğulayıb. Azərbaycanın qaz resurslarını Avropa ölkələrinə çatdıracaq Cənub Qaz Dəhlizinin əhəmiyyətini nəzərə çatdıran direktor bu sahədə ABŞ-ın göstərdiyi siyasi dəstəyin davam etməli olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll olunmadığını və Azərbaycanın 20 faiz ərazisinin hələ də işğal altında qaldığını deyib, ABŞ hökumətinin bununla bağlı səylərinin artmasının həm münaqişənin həllinə kömək edəcəyini, həm də regionda iqtisadi inkişafa təkan verəcəyini bildirib. Ə.Niftiyev Ermənistan tərəfindən bölgədəki strateji infrastruktur və enerji layihələrinə qarşı təhlükələr yaradıldığını da vurğulayıb.

Çıxış edən Luk Koffi ABŞ-ın regiondakı siyasətinin əsas parametrlərinin bölgə ölkələrinin suverenliyinin gücləndirilməsinə və sabitliyin qorunmasına yönəlməli olduğunu qeyd edib. O, ABŞ administrasiyasının Azərbaycan və Gürcüstanla radikal terrora qarşı birlikdə mübarizə apara biləcəyini və hər iki ölkənin bu sahədə mühüm rol oynayacağını ifadə edib. ABŞ-ın yeni administrasiyasının regionda münaqişələrin həllinə diqqəti artırmasının vacibliyi barədə danışarkən Luk Koffi Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunun işğal olunduğunu söyləyib və bütün münaqişələrə eyni yanaşmanın tətbiqinin zəruriliyini vurğulayıb.

Sonra konfransda auditoriyanın sualları cavablandırılıb.

S.Xankişiyeva

Paylaş:
764

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər