Bank Respublika-da əmanət yerləşdirənlərə ikiqat fayda -FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika-da əmanət yerləşdirənlərə ikiqat fayda -FOTO

17:25 - 31 / 05 / 2017
Bank Respublika-da əmanət yerləşdirənlərə ikiqat fayda -FOTO

İndi Bank Respublika-da əmanət hesabı açan müştərilər ikiqat fayda əldə edəcək. Əmanətin faiz gəlirləri ilə yanaşı, bank müştərilərə depozitin məbləği qədər şəxsi sığorta hədiyyə edir.

15-ə qədər sığorta hadisəsi növünü əhatə edən şəxsi sığorta növü gözlənilməz hadisələrdən qoruyur, əmanət müştərisinin yaxınları və qohumlarının rahatlığını təmin edir. Sığorta hadisəsi baş verən zaman, sığorta ödənişi müqavilədə qeyd olunan şəxslərə verilir.

Beləliklə, əmanətin ADİF tərəfindən sığorta olunması ilə yanaşı, Bank Respublikada əmanət yerləşdirən müştərilər onları fərdi qəza hadisələrindən qoruyan şəxsi sığorta əldə edirlər.

“İkiqat Fayda” layihəsində iştirak etmək üçün Bank Respublika-da ən azı manatla müddətli depozit yerləşdirmək yetərlidir. Əmanətin minimal məbləği 15 min manat, maksimal isə 300 min manat ola bilər.

Qeyd edək ki, müddətli manat əmanəti üzrə illik faiz dərəcəsi 15% təşkil edir. “Mobil Şöbə” əlavəsi və “İnternet Şöbə” xidməti vasitəsi ilə əmanətlərinizə istənilən vaxt nəzarət etmək mümkündür.

Bank Respublika, 25 il Sizə faydalı!

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər