Səlim Müslümov: “Son 13 ildə Azərbaycanda 1,6 milyon yeni iş yeri yaradılıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səlim Müslümov: “Son 13 ildə Azərbaycanda 1,6 milyon yeni iş yeri yaradılıb”

11:25 - 02 / 06 / 2017
Səlim Müslümov: “Son 13 ildə Azərbaycanda 1,6 milyon yeni iş yeri yaradılıb”

Vətəndaşların əmək hüquqları və sosial təminatı ilə bağlı məsələlər ölkə Konstitusiyasında öz əksini tapıb və onların həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılıb.

1news.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib. 

Nazirin sözlərinə görə, Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon yeni iş yeri yaradılıb. Nəticədə ölkədə işsizlik 5 faizə endirilib, əhalinin gəlirləri isə 8 dəfə artıb:

“Ölkə prezidentinin dediyi kimi, sosial sahə ölkənin prioritet sahəsidir və bu sahənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər güclü sosial təminat sistemi formalaşıb, islahatlar aparılıb, müasir tələblərə uyğunlaşdırılmış istiqamətdə addımlar atılıb. Azərbaycan bu sahədə beynəlxalq  tələb və standartlara cavab verir.

Hər kəsin əmək və sosial hüquqları ölkənin Konstitusiyasında əksini tapıb. Azərbaycan prezidenti ötən 13 ildə bu sahədə 81 fərman və sərəncam imzalayıb. Sosial müdafiə sahəsində hər ay 2 milyon 330 min vətəndaşa 316 milyondan çox vəsait ödənilir”.

Babək Cahandarov

Paylaş:
776

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər