Əli Həsənov: Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq

14:45 - 08 / 06 / 2017
Əli Həsənov: Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı ilklərə imza atıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransında deyib.

Ə.Həsənov bildirib ki, Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırdı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi:

"Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynayacaq, onun əsas hədəflərini, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələri uğurla həyata keçirəcək bir qurum olacaq.

Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına, hakimiyyət komandasının səfərbər olunaraq inamla ölkəni gələcəyə doğru aparmasına dəyərli töhfə versin".

S.Xankişiyeva

Paylaş:
817

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər