“ABAD” Heydər Əliyev Beynəlxalq Hava Limanında – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ABAD” Heydər Əliyev Beynəlxalq Hava Limanında – FOTO

15:15 - 08 / 06 / 2017
“ABAD” Heydər Əliyev Beynəlxalq Hava Limanında – FOTO

İyunun 8-də “Azərbaycan Hava Yolları” QSC və “ABAD” publik hüquqi şəxsin əməkdaşlığı çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

1news.az-ın ABAD-a verilən məlumata əsasən,  Beynəlxalq Hava Limanının “Duty Free” zonasında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzi sayca ikincidir.

Birinci belə mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yaradılıb və mart ayının 18-də fəaliyyətə başlayıb.

Azərbaycana səyahət edən turistlərin “ABAD” tərəfindən təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinə olan yüksək marağı nəzərə alaraq, növbəti mərhələdə ikinci belə bir sənətkarlıq mərkəzinin yaradılması zərurəti yaranıb. Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb.

Mərkəzdə Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur. Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

Hazırda “İçərişəhər” və Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzlərində 115 ailənin 1479 adda 4500-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.

“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

S.Xankişiyeva

Paylaş:
679

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər