Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq – YENİLƏNİB

15:56 - 09 / 06 / 2017
Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq – YENİLƏNİB

Ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən "Florence Nightingale" klinikasında dünyasını dəyişən energetika naziri Natiq Əliyev II Fəxri xiyabanda torpağa tapşırılacaq.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu nazirliyin mətbuat katibi Zəminə Əliyeva bildirib.

"Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da “Şəhriyar” adına mədəniyyət klubunda keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq", - deyə o qeyd edib.

14.20

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə,  sabah 12:00-da “Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək.

N. Əliyevin harada dəfn olunacağı ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev bu gün dünyasını dəyişib.

Xatırladaq ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.

Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.

N.Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləyib.

1979-cu ildə “Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.

1993-2005-ci illərdə N.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri idi.

1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib. 22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilib.

N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmlər doktoru olub.

N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.

S.Xankişiyeva

Paylaş:
1128

Son xəbərlər

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52
Bütün xəbərlər