Magistraturaya ixtisaslaşma seçimi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya ixtisaslaşma seçimi başlayıb

14:50 - 09 / 06 / 2017
Magistraturaya ixtisaslaşma seçimi başlayıb

Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb.

1news.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi xəbərə görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və  AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 9-dan 19-dək aparılacaq. İxtisaslaşma seçiminə 2017-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.

Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.  Bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

AMEA magistraturasına qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 9-12 iyun tarixlərində elektron qeydiyyatdan, 13-16 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.  Fövqəladə Hallar Nazirliyinin akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları seçə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.

Babək Cahandarov

Paylaş:
729

Son xəbərlər

Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49
Bütün xəbərlər