Bakıda “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib – FOTO

17:02 - 09 / 06 / 2017
Bakıda “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib – FOTO

Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib.

Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Sonda konfransın yekun protokolu imzalanıb.

Babək Cahandarov

Paylaş:
1168

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər