Prezident İlham Əliyev Britaniya kraliçasına məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya kraliçası II Elizabeti ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
S.Xankişiyeva
993