Avstraliya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Avstraliya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

19:15 - 11 / 06 / 2017
Avstraliya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyir.

1news.az-ın məlumatına görə, bunu Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Bakıda Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, Avstraliya ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir: “Biz bütün tərəfləri atəşkəs rejminə hörmət etməyə və vəziyyətin gərginləməsinin qarşısını almağa çağırırıq”.

1news.az

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər