Moskva və Peterburqda etiraz aksiyalarında 650 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Moskva və Peterburqda etiraz aksiyalarında 650 nəfər saxlanılıb

20:33 - 12 / 06 / 2017
Moskva və Peterburqda etiraz aksiyalarında 650 nəfər saxlanılıb

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.

1news.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb.

Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.

1news.az

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər