Birinci vitse-prezidentin Katibliyində yeni rəis müavinləri təyin olunub | 1news.az | Xəbərlər
Siyasət

Birinci vitse-prezidentin Katibliyində yeni rəis müavinləri təyin olunub

09:35 - 12 / 06 / 2017
Birinci vitse-prezidentin Katibliyində yeni rəis müavinləri təyin olunub

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinləri təyin olunub.

1news.az-ın məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin ediliblər.

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.

Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.

Qeyd edək ki, bu il fevral ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

1news.az

 

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər