Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışılacaq | 1news.az | Xəbərlər
Siyasət

Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışılacaq

10:26 - 12 / 06 / 2017
Fransa Senatında azərbaycanlı qaçqın və məcburi  köçkünlərin vəziyyətindən danışılacaq

İyunun 21-də Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr edilən “Avropada və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər: Azərbaycan nümunəsi” adlı konfrans keçiriləcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfrans Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü ilə Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Avropa Robert Şuman İnstitutu və Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyası tərəfindən birgə təşkil olunacaq.

Konfransda azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən söz açılacaq.

S.Xankişiyeva

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər