Ermənistan yenə odla oynayır: İrəvanın İŞİD-lə əməkdaşlığı barədə yeni ittihamlar
Son zamanlar Ermənistan onu hər cür terrorçulara sığınacaq verən ölkə kimi adlandırmağa əsas verir.
Bunu deməyə, son zamanlar tez-tez ermənilərin işğal olunmuş Azərbaycan ərazilərini qanunsuz silah dövriyyəsi, insan və narkotik alveri, Metsamor AES-nın təhlükəli radioaktiv tullantıların basırılması üçün istifadə etmələri haqda xəbərlər əsas verir.
Nəzarətsizlik şəraitində
Ermənsitan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri artıq uzun illərdir ki, terrorçular üçün sığınacaq və özünəməxsus, beynəlxalq-hüquq normalarının və qanun aliliyinin təmin edilməsi mümkün olamayan “boz sahə” halına gəlib.
Yeri gəlmişkən Moskva, səfiri Doroxinin “Rusiyanın beynəlxalq münasibətlərin subyekti kimi tanımadığı ərazilərin” sözləri ilə işğal edilmiş torpaqlarımıza səfər etməyin mümkünsüzlüyünü təsdiq edir.
Xatırladaq ki, Doroxin bu sözləri, 2014-cü ildə işğal olunmuş torpaqlarda qohumlarının məzarlarını ziyarət etməyə cəhd edərkən əsir götürülən və spearatçı rejim tərəfindən ömürlük həbsə məhküm olunun Dilqəm Əsgərov məsələsi bağlı dilə gətirmişdi.
Uzağa getməyərək, daha bir misal gətirmək olar. Bu günlərdə ermənilərin əsassız iddialarına qarşı mübarizə aparan beynəlxalq cəmiyyətin (ASİMDER) rəhbəri Göksel Gülbüy çox maraqlı bəyanatla çıxış edib. Onda olan məlumata əsasən, ötən həftə Tehranda ikili terakt törədən İŞİD terrorçuları İrana Ermənistan sərhədindən keçiblər.
Bu xəbərin sensasiya kimi səsləndiyini qırağa qoyaraq, demək olar ki bu o qədər də təəcüblü və gözlənilməz bir məlumat deyil. Azərbaycan KİV-ləri dəfələrlə Ermənistanın işğal olunmuş torpaqlarımızda terrorçuların hazırlanması üçün düşərgələrin yaratması məsələsini qaldırıblar.
Qəndil dağlarından Dağlıq Qarabağa
Göksel Gülbüyin sözlərinə görə, digər terrorçularla birgə bu düşərgələrdə PKK terrorçu qrupunun silhalıları da təlim alır. Qeyd edək ki, ABŞ və Avropa Birliyi tərəfindən terrorçu qruplaşmalar siyahısına daxil edilən bu təşkilat, Türkiyənin dövlət strukturlarına və adi vətəndaşlarına silahlı hücumlar həyata keçirir.
Türkiyə hakimiyyətinin məsələni tənzimləmə yollarının axtarışında olarkən bir ara sakitləşən PKK üzvləri 2015-ci ilin iyul ayından cinayət fəaliyyətini davam etməyə başlayıblar.
Son dönəm ərzində Türkiyənin təxminən 500 dinc sakin və 800 güc strukturu nümayəndəsi PKK terrorunun qurbanı olub. Eyni zamanda, təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar zamanı 10 mindən artıq terrorçu məhv edilib.
“Azərbaycanın işğal olunmuş əraziləri artıq ikinci Qəndilə dönüb. Faktiki olaraq Qarabağ bu gün ikinci Qəndildir”, - deyə G.Gülbey iddia edir.
PKK üzvlərinin erməni separatçıları ilə əlaqədə olması haqda məlumatlar mütəmadi olaraq Türkiyə mediasında dərc olunur. Məsələn, antiteror əməliyyatları zamanı həbs edilən PKK üzvləri arasında etnik erməni qruplarına rast gəlmək olur.
PKK adlı taunun 40 il öncə yaratmış və hal-hazırda İmralı ada-türməsində saxlanılan Abdulla Öcalan dəfələrlə “silahdaşlarının nəinki kürdlərin, həmçinin ermənilərin və bölgənin digər yerli xalqlarının azadlığı və inamı uğrunda vuruşduğunu” deyib. Nədənsə, “bölgənin yerli xalqlarının” böyük əksəriyyətini türklərin təşkil etdiyini Öcalan qeyd etməkdən boyun qaçırır.
Beynəlxalq qanunvericiliyə və Dağlıq Qarabağı tərk etməyə məcbur qalmış azərbaycanlıların hüquqlarına zidd olaraq Ermənistan hakimiyyəti Suriya münaqişəsi başladığı andan işğal olunmuş Azərbaycan torpaqlarında müharibədən qaçan Suriya ermənilərini yerləşdirir.
“Sifarişli vətənpərvərlər”
Bu qanunsuz yerləşdirilmə ilə bağlı Ermənistanın ilk təxribatı deyil – illər boyunca “Dağlıq Qarbağa 300 min erməni yerləşdirmək” arzusunda olan İrəvan məqsədyönlü olaraq işğal olunmuş torpaqlarda Livan, Liviya və Suriya ermənilərin yerləşdirməyə cəhd etməklə bölgədə demoqrafik nisbəti dəyişdirməyə istiqamətlənmiş cinayət planını həyata keçirir. Bu istək anlaşılandır – Ermənistanda iqtisadi və demoqrafik böhran, bundan əlavə öz çiyinlərində separatçı rejimi daşımaq zəruriliyi, münaqişə zonasında status-kvonu qorumağı İrəvan üçün çox bahalı “zövqə” çevirir.
Rəsmi İrəvan üçün valideyn narazılığına qarşı gəlməyin və işğal olunmuş ərazilərimizə gənc erməniləri zorla aparəlmağın xeyli çətinləşdiyini nəzərə alaraq, muzdlularda tələbat hazırki dönəmdə daha güclü hiss olunur.
Separatçıların köçürülən erməniləri nəinki canlı qalxan kimi, həmçinin, o cümlədən xarici ölkələrdə, təxribat və teraktlar üçün istifadə etdiyi barədə çoxlu sayda dəlillər var.
Bu ya “tarixi Vətəninə qayıdan həmvətənlilərin vətənpərvərlik hissləri ilə bağlı gözəl sözlərlə”, ya da daha real olan – maddi arqument köməyi ilə həyata keçirilir. “Peşəkar fidainlərin” çıxışsız vəziyyətini nəzərə alaraq, bu məcrada təklif edilən qonorar olduqca cüzi olur.
Digər sözlərlə, burada fəal olaraq öz həyatlarını bir-neçə yüz dollar müqabilində qiymətləndirən beynəlxalq marjinal tullantılardan dəstələr formalaşdırılır.
Xatırladaq ki, 1-ci Qarabağ müharibəsi dövründə, Xocalıda və Qaradağlıda dinc azərbaycanlıların vəhşicəsinə qətlində birbaşa iştirak etmiş və 1992-ci ilin iyun ayında Azərbaycan ordusu tərəfindən tamamilə darmadağın edilmiş “Arabo” dəstəsi məhz xarici muzdlulardan yaradılmışdı.
Təxribat və terror bacarıqlarına Yaxın Şərqdə yiyələnmiş və Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş “Avo” ləqəbli digər terrorçu Monte Melkonyan Azərbaycan və Türkiyəyə qarşı teraktlar törətməyi ilə yadda qalmışdı.
“İŞİD-in Cənubi Qafqaz qanadı”
Öz qucaqlarını əqidəsiz başkəsənlərə açmış erməni separatçı rejimi, indi də hər istəyənə “terrorçu xidmətləri” təklif edir.
ASİMDER-in rəhbərinin məlumatına əsasən, məhz Dağlıq Qarabağdan sərhədi aşan İŞİD terrorçuları İranda teraktlar törədiblər.
Bu xüsusda, bu yaxınlarda “Azərbaycanın zəiflədilməsi və məhvi məsələsində İŞİD-lə əməkdaşlıq etmək” təklifini irəli sürmüş Ermənistanın birinci kəşfiyyat-diversiya dəstəsinin komandiri Vova Vartanovun sözləri, Ermənsitanın İŞİD-ə qarşı bəslədiyi açıq simpatiyanın bariz nümunəsidir.
Ermənsitanda terrorun rahat fəaliyyət göstərməsi anlaşılandır. Çünki bu ölkədə terror dövlət siyasəti səviyyəsinə yüksəldilib, nasist cinayətkarlarına heykəl qoyulur, qanlı ASALA rəhbərlərini isə milli qəhrəman kimi qarşılayırlar.
O da bəllidir ki, beynəlxalq ictimaiyyət Ermənistanın cinayətkar rəhbərliyinə laqeyd və tolerant yanaşmağı davam etdikcə bu ölkədə terror yaşayacaq və inkişaf edəcək.
Fəridə Bağırova