Elman Nəsirov Əfqan Muxtarlının saxlanılması barədə fikirlərinin təhrif olunduğunu bildirib | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov Əfqan Muxtarlının saxlanılması barədə fikirlərinin təhrif olunduğunu bildirib

21:18 - 13 / 06 / 2017
Elman Nəsirov Əfqan Muxtarlının saxlanılması barədə fikirlərinin təhrif olunduğunu bildirib

“Müəyyən beynəlxalq siyasi dairələr və onların əlində alətə çevrilmiş bəzi QHT-lər müxtəlif yollarla qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirməyə çalışırlar”.

1news.az xəbər verir ki, bunu deputat Elman Nəsirov deyib.

E. Nəsirov qeyd edib ki, Azərbaycanla Gürcüstanın münasibətləri strateji xarakter daşıyır və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir.

Onun sözlərinə görə, iki dövlət arasında münasibətlərə xələl gətirmək istəyənlər “bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə edirlər”:

“Bu mənada Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsürlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyil. Xüsusilə bu məsələlərlə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki yarışa giriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı yalnız məhkəmə verir.

Məhkəmənin də qərarı bəllidir. Əfqan Muxtarlı ilə bağlı Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və qaçaqmalçılıq maddələri ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. İkincisi, Əfqan Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur”.

E.Nəsirov qeyd edib ki, ilkin olaraq bəzi KİV-lərin bu haqda dezinformasiya yayması faktı bəllidir: “Fikirlərim təhrif olunub, Aleksandr Lapşinin ekstradisiyası və sonrakı məhkəmə prosesi ilə bağlı fikirlərim qəsdən Əfqan Muxtarlıya şamil edilib”.

Babək Cahandarov

Paylaş:
2063

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər