Ermənistan himnini dəyişir - VİDEO
Ermənistanın himninin dəyişməsi məsələsi gündəmə gəlib.
1news.az “Aykakan jamanak"a istinadla xəbər verir ki, ölkənin mədəniyyət naziri Armen Amiryan buna etiraz etmədiyini deyib.
O, himnin məşhur erməni şansonye, Fransadakı erməni icmasının ən tanınan siması sayılan Şarl Aznavurun "Pour toi Arménie" ("Sənin üçün, Ermənistan") mahnısı ilə əvəz olunmasına münasibət bildirərkən deyib:
“Bu barədə məlumatım yoxdur və ilk dəfədir ki, sizdən eşidirəm. Amma "Pour toi Arménie" çox yaxşı mahnıdır”.
Belə bir seçimi dəstəkləməsinə gəlincə erməni nazir bildirib ki, istənilən qərar ictimai müzakirə nəticəsində edilməlidir. Amiryan özünün belə bir qərara etiraz etmədiyini deyib.
Qeyd edək ki, Ş.Aznavur bildirib ki, mahnısı Ermənistanın dövlət himni ola bilər.
O, Ermənistanın indiki himnini mənasız hesab edir:
“Buna görə də bəstələdiyim "Pour toi Arménie" mahnısının himn olmasını istəyirəm. Ermənistan prezidenti Serj Sarkisyan da mənimlə razıdır. Özü də Ermənistanda tək o, belə düşünmür".
1news.az