Münhendə atışma: üç nəfər yaralanıb, bir nəfər isə saxlanılıb -YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Münhendə atışma: üç nəfər yaralanıb, bir nəfər isə saxlanılıb -YENİLƏNİB

12:23 - 13 / 06 / 2017
Münhendə atışma: üç nəfər yaralanıb, bir nəfər isə saxlanılıb -YENİLƏNİB

Almaniyanın Münhen şəhərindəki dəmiryol vağzalında atəşin açılması nəticəsində üç nəfər xəsarət alıb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Almaniya polisi bildirib. yaralananlar arasında bir polis əməkdaşı da var.

Onun vəziyyətinin ağır olduğu qeyd edilib. 

Hücum edən şəxs isə yaralanıb. Bir nəfər isə saxlanılıb.

Pərvanə Sultanova

11:58

Almaniyanın Münhen şəhərində Unterföhring dəmiryol vağzalında atəş səsləri eşidilib.

1news.az-ın haberturk-ə istinadla verdiyi xəbərə görə, vağzaldakı insanlar dərhal təxliyə edilib.

Atışmanın səbəbi hələ bilinmir. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Alman polisi bir nəfərin xəsarət aldığını bildirir.

S.Xankişiyeva

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər