Moldova prezidenti gələn həftə Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Moldova prezidenti gələn həftə Azərbaycana səfər edəcək

15:30 - 14 / 06 / 2017
Moldova prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Moldova prezidenti İqor Dodon Azərbaycana gəlir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, ötən gün “NTV-Moldova” kanalının canlı yayımında bildirib.

Prezident gələn həftə Moskvaya, oradan isə Azərbaycana səfər edəcəyini deyib.

Məlumata görə, Moldova lideri iyunun 21-22-də Azərbaycanda səfərdə olacaq.

Səfər proqramı hələlik açıqlanmayıb.

Babək Cahandarov

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər