“Azərbaycanla Aİ yeni saziş üzrə bəzi məsələləri artıq razılaşdırıb” | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanla Aİ yeni saziş üzrə bəzi məsələləri artıq razılaşdırıb”

18:07 - 14 / 06 / 2017
“Azərbaycanla Aİ yeni saziş üzrə bəzi məsələləri artıq razılaşdırıb”

“13-14 iyun tarixlərində Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə keçirilən danışıqlar uğurlu olub”.

1news.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib

O deyib ki, hər iki tərəf tez bir zamanda saziş üzrə razılaşmanın əldə olunmasına sadiq qalırlar: "Bəzi məsələlər artıq razılaşdırılıb. Bəzi məsələləri isə razılaşma mərhələsindədir. Azərbaycan tərəfi istəyir ki növbəti iclas avqusta kimi keçirilsin".

Pərvanə Sultanova

 

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər