Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar – FOTO

18:24 - 14 / 06 / 2017
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar – FOTO

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib.

16 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 21 nümayəndəsi ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Babək Cahandarov

Paylaş:
927

Son xəbərlər

Bütün xəbərlər