“Caucasus International” jurnalının yeni sayı işıq üzü görüb | 1news.az | Xəbərlər
Siyasət

“Caucasus International” jurnalının yeni sayı işıq üzü görüb

12:40 - 14 / 06 / 2017
“Caucasus International” jurnalının yeni sayı işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar (SAM) Mərkəzi tərəfindən 2011-ci ildən nəşr edilən “Caucasus International” jurnalının indiyədək 15 sayı işıq üzü görüb.

1news.az-ın SAM-a istinadla verdiyi xəbərə görə, bu saylarda əksini tapan 177 məqalənin 42-si Azərbaycanlı müəlliflər, 135-i isə 31 müxtəlif ölkəni təmsil edən xarici müəlliflər tərəfindən yazılmışdır.

Jurnalla fəal şəkildə əməkdaşlıq edən müəlliflər baxımından ABŞ (23), Böyük Britaniya (12), Kanada (5), İsrail (4), Almaniya (3) və İtaliyalı (3) alim və tədqiqatçıları qeyd edə bilərik. Həmçinin, jurnalda dərc edilmiş məqalələrin büyük bir hissəsi Cənubi Qafqaz regionunu və onun qonşularını - Türkiyə (21), Gürcüstan (13), Rusiya (13), Ukrayna (5), Qazaxıstan (3) və İranı (2) təmsil edən tədqiqatçıların müəllifliyi ilə dərc edilib.

Jurnal, eləcə də, dünyanın tanınmış alimləri və dövlət xadimləri ilə 14 müsahibə dərc etmişdir ki, bunlar sırasında Novruz Məmmədov, Zbiqnev Bjezinski, Donald Ramsfeld, Corc Fridman, Con Mirşaymer, Fyodr Lukyanov, Stanislav Çernyavski, Martin İndik, Metyu Brayzə, Qlen Hovard və digərlərini qeyd edə bilərik. Jurnalın hər sayında beynəlxalq münasibətlər və siyasətə dair ən önəmli kitabların geniş icmalı, eləcə də Cənubi Qafqaz regionuna dair dərc edilmiş digər əsərlərin qısa icmalı verilmişdir. Qeyd edək ki, jurnal dərc edildikdən sonra dünyanın 127 ən önəmli kitabxanası, universiteti və tədqiqat institutları və eləcə də regionumuzla maraqlanan beyin mərkəzlərinə göndərilir.

"Caucasus International" jurnalının yeni nəşri Cənubi Qafqaz ölkələrinin  1991-ci ildə müstəqillik əldə etmələrindən sonrakı dövrdə qarşılaşdıqları çağırışlar, əldə etdikəri uğur və nailiyyətləri  təhlil edir.

Dünyanın müxtəlif regionlarından olan müəlliflər tərəfindən yazılan məqalələrdə Cənubi Qafqaz dövlətlərinin xarici siyasəti və regiondakı təhlükəsizlik dinamikası, bu dövlətlərin qurduqları ittifaqlar, regional münaqişələr və beynəlxalq hüquq, region daxilində və ətrafında əməkdaşlıq və rəqabət, regional və qlobal aktorların Cənubi Qafqazdakı rolu kimi aktual mövzulara aydınlıq gətirilir.

Jurnalının hazırkı sayı Vaşinqtonda yerləşən Ceymstaun fondunun presidenti Qlen Hovardın ABŞ-ın Cənubi Qafqaz siyasəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Post-Sovet araşdırmaları mərkəzinin direktoru Stanislav Çernyavskinin Rusiya-Azərbaycan münasibətlərinə dair yazılı  müsahibələri ilə başlayır. Jurnal Azərbaycanın xarici siyasətinin əsas prioritetləri, prinsip və nəaliyyətləri, Gürcüstanın demokratiya yolundakı mübarizəsi, regionun dövlətlərinin təhlükəsizlikləri və üzləşdikləri təhdidlərin qarşılıqlı asılılğı, həmçinin qlobal güclərin region ətrafında mübarizəsinə həsr olunmuş məqalələrlə davam edir.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki rolu və müstəqilliyin 25 illik dövründə  Azərbaycan – Almaniya  münasibətləri də jurnalın bu dəfəki sayının aktual mövzuları sırasındadır. Jurnalın bu sayında, həmçinin, Azərbaycan-Gürcüstan münasibətləri, Ermənistanın xarici siyasətindəki ideoloji məhdudiyyətlər və Avropa İttifaqının Cənubi Qafqazdakı roluna dair üç şərh yer alıb.

Ənənəvi olaraq, jurnalın qeyd edilən sayında Maykl  Auslin yeni nəşr edilmiş “Asiya əsrinin sonu: Dünyanın ən dinamik regionunda müharibə, durğunluq və risklər” kitabının geniş, eləcə də Cənubi Qafqaz və Avrasiya regionlarına dair  nəşr edilmiş bir sıra digər kitabların qısa icmalı öz əksini tapıb.

Jurnalın hazırkı sayını aşağıdakı keçid vasitəsilə oxuya bilərsiniz.

http://cijournal.az/category/new-issue

S.Xankişiyeva

Paylaş:
1045

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər