Meksika səfiri Qubaya səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Meksika səfiri Qubaya səfər edib

09:09 - 20 / 06 / 2017
Meksika səfiri Qubaya səfər edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qubaya səfər edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat  Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovla görüşüb.

Görüş zamanı İH-in başçısı rayon, onun tarixi, iqtisadiyyatının əsas istiqamət və göstəriciləri haqqında məlumat verib.

Səfir Labardini, öz növbəsində, diplomatik nümayəndəliyin fəaliyyəti və müxtəlif sahələrdə keçirdiyi tədbirlər barədə danışıb. Bundan əlavə, diplomat Meksika iqtisadiyyatı haqqında vacib məlumatlar, ölkəsinin avtomobil, elektronika, kosmik, kənd təsərrüfatı və s. sənayelərində uğurlarından söz açıb.

Həmçinin, Meksika şəhərlərindən birinin Quba rayonu ilə mümkün qardaşlaşması vurğulandı. Qarşılıqlı tanıtım üçün hər iki ölkənin regionları arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyi qeyd olundu.

Səfər zamanı səfir Quba Soyqırımı Memorial Kompleksi, Xalça Muzeyi və yahudi icmasının yaşadığı Qırmızı Qəsəbəni ziyarət edib.

Pərvanə Sultanova

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər